Ölkədə bankların dollara tələbatında azalma müşahidə edilir

29.07.2021 15:46     Ecoreaksiya     812

Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Bu barədə Azərbaycan Respublikası Mərkəzi Bankından məlumat verilib.

Hərracda tələb 49,9 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bundan əvvəlki hərracda (27 iyul) tələb 68,2 milyon ABŞ dolları təşkil edib və tam qarşılanıb.

Reaksiya.az

Şərhlər