Şahdəniz 2-də daha bir quyudan hasilata başlanılıb

22.11.2021 13:59     Ecoreaksiya     32

"Şahdəniz 2" yatağının şimal cinahında beşinci quyudan hasilata başlanılıb.

BP "Mövcud Şahdəniz 1 və 2 qurğularının hasilat gücü hazırda gündə təxminən 70 milyon (ildə 25 milyarddan artıq) standart kubmetrdir.

2021-ci ilin iyul ayında ilk dəfə olaraq Şahdəniz Bravo platformasından gündəlik hasilat Şahdəniz Alfa ilə eyni səviyyəyə çatıb. İlin ilk üç rübündə yataqdan ümumilikdə - Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 16 milyard standart kubmetr qaz və 3 milyon ton (təqribən 24 milyon barel) kondensat hasil edilib", - bp qeyd edir.

Reaksiya.az

Şərhlər