Azərbaycanda manatla pul bazası noyabrda 2% azalıb

01.12.2021 15:00     Ecoreaksiya     349

Bu ilin noyabrın 30-na Azərbaycanda manatla pul bazası 14 279,1 mln. manat təşkil edib ki, bu göstərici son bir ay ərzində 2,3% azalıb.

İlin əvvəli ilə müqayisədə bu göstərici 5,3% artıb.

Qeyd edək ki, pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının sərbəst bank və məcburi ehtiyatları) daxildir.

Reaksiya.az

Şərhlər