Binəqədidə yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib

04.12.2021 12:09     Ecoreaksiya     44

Bakıda yanğın hadisəsi olub.

Bu barədə Musavat.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının on üçüncü mərtəbəsində liftin qarşısına yığılan taxta tullantıları 5 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Reaksiya.az

Şərhlər