Büdcədə 1 milyard manat kəsir yarandı - - Rəsmi

18.01.2022 16:18     Ecoreaksiya     348

2021-ci ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri 26 419,1 milyon manat, xərcləri isə 27 412,8 milyon manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bunlar 2020-ci illə müqayisədə müvafiq olaraq 7% və 3,8% çoxdur.

Son nəticədə büdcədə 993,7 milyon manat kəsir yaranıb.

 

Şərhlər