"Azəriqaz” yanında İctimai Şuraya yeni sədr seçildi

07.02.2022 17:06     Ecoreaksiya     85

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin yanında İctimai Şuranın növbəti iclası keçirilib.
 
Reaksiya.az "Azəriqaz”a istinadən verdiyi məlumata görə, iclasda digər məsələlərlə yanaşı, Şura sədrinin seçilməsi də gündəliyə daxil edilib.
 
Belə ki, Şuranın yanvarın 18-də keçirilmiş iclasında Xəyal Bəşirov Şuranın sədrliyindən istefa vermişdi. Bugünkü səsvermənin nəticəsi olaraq "Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi”nin sədri Elçin Salmanov yekdilliklə Şuranın yeni sədri seçilib.
 

Şərhlər