“Azəriqaz” yanvarın yekunlarına dair hesabat təqdim edəcək

10.02.2022 14:51     Ecoreaksiya     110

Sabah, saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti "Açıq qapı” aksiyası başlayacaq.
 
Reaksiya.az "Azəriqaz”a istinadən verdiyi məlumata görə, bütün media və QHT mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
 
Cari ilin yanvar ayının yekunlarına dair hesabat təqdim olunacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu və QHT nümayəndəsi bu tədbirə dəvətlidir. Suallar Baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.
 

Şərhlər