“Açıq mikrofon” aksiyası bu dəfə Saatlıda

14.02.2022 12:52     Ecoreaksiya     405

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azəriqaz İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası bu dəfə Saatlı rayonunun Naharlı kəndində təşkil olunacaq.

“Azəriqaz”dan Reaksiya.az-a verilən məlumata görə, fevralın 15-i saat 12:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.

Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar