Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ - Qaz olmayacaq

10.03.2022 12:34     Ecoreaksiya     90

“Qaz İxrac” İdarəsinə məxsus “Astara-Qazıməmməd” magistral qaz kəmərində baş vermiş qaz sızmalarının aradan qaldırılması məqsədilə 10.03.2022-ci il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək qeyd olunan kəmərdə qaz təchizatı dayandırılacaq.

Bu barədə Reaksiya.az-a "Azəriqaz" İB-dən məlumat verilib.

Məlumata görə, təmir işləri aparılan müddətdə Neftçala rayonunun bütün yaşayış məntəqələrinə, eləcə də Biləsuvar, Salyan və Cəlilabad rayonlarının bir hissəsinə mavi yanacağın verilməsində məhdudiyyət yaranacaq. Qeyd edək ki, işlər başa çatdıqdıqdan sonra təbii qaz təchizatı bərpa olunacaq.

Reaksiya.az

Şərhlər