Azərbaycanın valyuta ehtiyatları 53 mlrd. dolları üstələyib

18.03.2022 15:29     Ecoreaksiya     84

2022-ci ilin iki ayında ölkənin strateji valyuta ehtiyatları 0,4% və ya 195 mln. ABŞ dolları artaraq 53,4 mlrd. dollarını üstələyib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) bildirib. O cümlədən AMB-nin valyuta ehtiyatları da 1,2% artaraq 7,2 mlrd. ABŞ dollarına yaxınlaşıb.

Qeyd edək ki, bu gün bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7,5%-dən 7,75%-ə, faiz dəhlizinin aşağı həddi 6%-dən 6,25%-ə, yuxarı həddi isə 9%-dən 9,25%-ə qədər yüksəldilib.

Reaksiya.az

Şərhlər