"Azəriqaz"da növbəti "Açıq qapı" aksiyası keçiriləcək

14.04.2022 12:34     Ecoreaksiya     443

Sabah, saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti "Açıq qapı” aksiyası başlayacaq.

Bu barədə Reaksiya.az-a "Azəriqaz”dan məlumat verilib.

Məlumata görə, aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Reaksiya.az

Şərhlər