SOCAR "Azəriqaz"İB-nin "Başdan Ayağa" aksiyası davam edir

09.05.2022 16:00     Ecoreaksiya     485

Hər bir kəs miqyasından asılı olmayaraq, gördüyü işə məsuliyyətlə, vicdanla yanaşmaqla həm cəmiyyətə fayda verir, həm işlədiyi qurumun, həm də ölkəsinin inkişafında az da olsa, pay sahibi olur. Məmur peşəsi bu missiyanı üzərinə götürən insanda peşəkarlıq, təvazökarlıq, məsuliyyət və digər bu kimi keyfiyyətlərin olmasını tələb edir. Hər bir məmur vətəndaşın yanında olmalıdır.

Reaksiya.az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbər heyətinin təşəbbüsü ilə başladılan “Başdan ayağa” aksiyası da bütün bunları özündə ehtiva edir.

Aksiyasının əsas prioriteti abonent məmnunluğunun təmin olunmasıdır. Bu dəfə də Birliyin müvafiq rəhbər şəxsləri abonent müraciətinin icrasını şəxsən özləri icra ediblər.
Daxil olan müraciət Qəza-bərpa xidmətinə deyil, “Azəriqaz" İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyevə yönləndirilib. Buna səbəb SOCAR “Azəriqaz” İB-nin rəhbər heyətinin qəza xidmətinin əməkdaşlarına dəstək məqsədilə, Birliyin 104/185 Çağrı mərkəzinə abonentlər tərəfindən daxil olan müraciətlərdən birinin özlərinin aradan qaldırmasına təşəbbüs göstərmələridir.

Daha ətraflı video materialdan izləyə bilərsiz:

 

 

 

Şərhlər