Nazir müavini: Azərbaycan bir çox kənd təsərrüfatı məhsulları ilə özünü tam təmin edir

06.06.2022 13:13     Ecoreaksiya     76

Azərbaycanın bu gün bir çox kənd təsərrüfatı məhsulları üzrə özünü təmin etmə səviyyəsi yüksəkdir.

“APA-Economics” xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, iqlim şəraitinə uyğun olmayan bəzi məhsullar var ki, onlar ölkəyə idxal olunur.“Bu gün ölkənin özünü ərzaq məhsulları ilə təminat səviyyəsinə baxdıqda biz bir çox kənd təsərrüfatı məhsulları üzrə özünü təmin etmənin yuxarı səviyyədə olduğunu görürük. Ölkəmizin iqlim şəraitinə uyğun olmayan bəzi məhsullar var ki, idxal vasitəsilə həyata keçirilir. O məhsulları istisna etməklə digər bütün bitkiçilik, heyvandarlıq məhsulları ilə özünü təmin etmə səviyyəsinin yüksək olduğunu müşahidə edirik”, - deyə nazir müavini qeyd edib.

Reaksiya.az

Şərhlər