"Azərbaycan bu il 9,4 mlrd kubmetr qaz ixrac edib" - Pərviz Şahbazov

10.06.2022 13:27     Ecoreaksiya     134

Bu ilin 5 ayında operativ məlumatlara əsasən, hasil edilmiş 19,6 milyard kubmetr qazın 9,4 milyard kubmetri ixrac olunub

Bu barədə energetika naziri Pərviz Şahbazov özünün "Twitter" hesabında yazıb.

Onun sözlərinə görə, hasilatın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 15,3 % çoxdur.

Nazir əlavə edib ki, yanvar-may aylarında ötən ilin eyni dövrünə nisbətən qaz ixracı 27 % çox olub. İxracın 48 %-i Avropanın, 38 %-i Türkiyənin, 14 %-i Gürcüstanın payına düşüb.

"Hesabat dövründə hasil edilmiş 13,9 milyon ton neftin 11,4 milyon tonu ixraca nəql edilib", - -o qeyd edib.

Reaksiya.az

Şərhlər