Nazir: “Ölkə iqtisadiyyatı ilkin proqnozlarda nəzərdə tutulandan daha tez bərpa olunub”

17.06.2022 12:46     Ecoreaksiya     431

“2021-ci il uğurlu il hesab oluna bilər. Belə ki, əvvəlki 2020-ci ildə ölkəmiz tarixi çağırışlarla üzləşib, Vətən müharibəsində qələbə qazanlması üçün resurslarını səfərbər edib”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, resursların böyük hissəsi pandemiyanın ölkəmizin sosial-iqtisadi həyatına mənfi təsirinin azaldılmasına yönəldilib: “Bunun sayəsində ölkə iqtisadiyyatı ilkin proqnozlarda nəzərdə tutulandan daha tez bərpa olunub. Gəlirlərimiz artıb. Həm də neft sahəsində gəlirlərimiz artıb. Bununla yanaşı, qeyd olunmalıdır ki, qeyri-neft gəlirlərimizdə də xeyli dərəcədə artım qeydə alınıb. Bizim maliyyə ehtiyatımız möhkəmlənib. Xarici dövlət borcumuz həm mütləq, həm nisbi ifadədə azalıb. Xərclərimizin sosial yönümlülüyü artıb. Burada qənaətlərə toxunuldu. İstifadə olunmayan vəsaitdən söhbət gedə bilər. Bu da sifarişçinin həmin vəsaiti istəməməsi ilə əlaqədardır. Şübhəsiz ki, belə xərclərin maliyyələşdirilməsi təmin olunmur”.

Reaksiya.az

Şərhlər