Valyuta hərracında bankların dollara tələbi artıb

07.07.2022 13:18     Ecoreaksiya     159

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 39 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (5 iyul 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 1,3% artıb.

Qeyd edək ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Reaksiya.az

Şərhlər