Xocavənddə baş verən yanğın söndürüldü - VİDEO

21.07.2022 15:25     Ecoreaksiya     455

Xocavənddə baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, yanöın rayonun Günəşli kəndi istiqamətində mürəkkəb relyefli, mina və partlamamış sursat təhlükəsi olan ərazidə baş verib. Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın söndürülüb. Ətraf ərazilər, o cümlədən kommunikasiya xətləri yanğından mühafizə olunub.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərində FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri iştirak edib.

Şərhlər