Bankların dollara tələbi yenidən artıb

09.08.2022 13:07     Ecoreaksiya     405

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Hərracda tələb 46,1 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (4 avqust 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 20,4% artıb. Ötən hərracda tələb 38,3 mln. ABŞ dolları olub.

Hərracda manatın ortaçəkili məzənnəsi isə 1,7000 səviyyəsində formalaşıb.

Reaksiya.az

Şərhlər