Bakıda azyaşlı ailəsini yasa batırdı

20.03.2016 12:09     Sosreaksiya     1062

Bakının Binəqədi rayonunda faciəli hadisə baş verib. 

 Reaksiya.info Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Cavadxan küçəsindəki hündürmərtəbli binalardan birində qeydə alınıb. 

Hündürmərtəbli binanın 6-cı mərtəbəsinin eyvanından 8 yaşlı Ələkbər Zərbəliyev yıxılıb. Ələkbər Zərbəliyev hadisə yerində ölüb. 

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər