Saxlanıldığı iddia edilən AXCP fəalı sərbəst buraxılıb

20.03.2016 13:37     Sosreaksiya     988

Zamin Talıbovla polis bölməsində söhbət aparılıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Nəsimi rayon şöbəsinin fəalı Zamin Talıbov sərbəst buraxılıb.  Yardımlı polisindən ANS PRESS-ə verilən məlumata görə, Zamin Talıbov polis bölməsinə dəvət olunub və onunla söhbət aparıldıqdan sonra sərbəst buraxılıb. O polis tərəfindən saxlanılmayıb. 

Martın 20-də KİV-də gənc fəalın Yardımlıda polis tərəfindən saxlanılaraq yerli şöbəyə aparılması haqda məlumat yayılıb.

Azadliq.info-nun yazdığına görə, onunla əlaqə saxlamaq mümkün olmayıb.

 Z.Talıbov Facebook sosial şəbəkəsində blogger və fəal gənc kimi tanınır.

Şərhlər