Kürdəmirdə ev yanıb

21.03.2016 11:14     Sosreaksiya     1232

Bu gecə Kürdəmirdə ev yanıb.

 

APA-nın  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayonun Cəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 300 kv.m olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və ev əşyaları 50 kv.m sahədə, 2-ci mərtəbədə 3 otağın yanar konstruksiyaları və dam örtüyü 101 kv.m sahədə yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər