Gəncədə kütləvi dava: 22 yaşlı oğlan bıçaqlandı

21.03.2016 11:48     Sosreaksiya     1062

Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. 

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin “Depo qəsəbəsi” adlanan ərazisində qeydə alınıb. Həmin ərazidə bir qrup gənc arasında dava olub. Dava zamanı Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü İlkin Hümbətov bıçaq xəsarəti alıb.  İlkin Hümbətov bıçaq xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib.  Faktla bağlı cinayət işi başlanıb.

Şərhlər