Balakənə gedən avtobus aşdı

21.03.2016 15:57     Sosreaksiya     1148

Qəza nəticəsində iki nəfər xəsarət alıb.

Ucarda avtobus qəzası / foto: APA
Ucarda avtobus qəzası / foto: APA

Bakıdan Balakənə gedən sərnişin avtobusu aşıb. ANS PRESS-in məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun 235-ci km-də, Ucar rayonunun Qulubənd kədindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini Zahid Xəlilovun idarə etdiyi “Mercedes” markalı 10-SA- 968 dövlət nömrə nişanlı avtobus idarəetməni itirib və aşıb. Ucar təcili tibbi yardım stansiyasından ANS PRESS-ə verilən məlumata görə, avtobusda olan sərnişinlərdən biri 1986-cı il təvəllüdlü Eyvazov Dilavər Oruc oğlunun ayağı sınıb. O Ucar rayon xəstəxanasına gətirilib və müvafiq tibbi yardım göstərilməsindən sonra evə buraxılıb. Sürücü  Zahid Xəlilov isə qabırğasından zədələnib və müalicəsini davam etdirmək üçün Bakıya göndərilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

 

Şərhlər

Çox oxunanlar