Bakıda ev yanıb

21.03.2016 18:42     Sosreaksiya     1260

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 52 kv.m olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları 12 kv.m sahədə yanıb.

APA-nın  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 13:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Şərhlər