Rusiyaya gedən yük maşını Xaçmaz ərazisində qəzaya uğrayıb - VİDEO

21.03.2016 19:29     Sosreaksiya     938

Rusiyaya gedən yük maşını Xaçmaz ərazisində qəzaya uğrayıb. 

ANS Press-in məlumatına görə, qəza Qəndob-Yalama yolunun 38-ci km-də Xaçmazın Qusarçay kəndi ərazisində qeydə alınıb.

Rusiya vətəndaşı Zeynəddin Daynuyevin idarə etdiyi "Volvo" markalı yük maşını qəfildən yoldan çıxıb və dərəyə yuvarlanıb. Sürücü xəsarət almasa da maşına xeyli ziyan dəyib. Rusiyaya Azərbaycandan alma apardığını deyən sürücü qəzaya digər avtomobilin şərait yaratdığını bildirib.

Hadisə yerində araşdırma aparan Baş Dövlət Yol polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Elşən Mürsəliyev isə qəzanı yük avtomobilinin sürücüsünün sərt döngədə yol hərəkəti qaydalarına düzgün əməl etməməsilə əlaqələndirib.

Şərhlər

Çox oxunanlar