Azərbaycanda zəncirvari yol qəzası

21.03.2016 20:38     Sosreaksiya     959

“Mersedes” "Opel"ə, o da qarşıdan gələn mikroavtobusa, mikroavtobus isə VAZ-2106-ya çırpılıb.

Bərdədə zəncirvari yol qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, hadisə rayonun Qara-Dəmirçi kəndi ərazisində qeydə alınıb.

Pərviz Qurbanovun idarə etdiyi “Mersedes” Bərdə istiqamətində hərəkətdə olarkən qarısına Alim Qurbanovun idarə etdiyi “Opel” markalı avtomobil çıxıb.

Sürücü “Opeli” vurmamaq üçün avtomobillə  qarşı yola çıxmaq istəsə də  əvvəlcə “Opel”ə daha sonra qarşıdan gələn mikroavtobusa çırpılıb. Arxadan gələn vaz-2106 isə mikroavtobusla toqquşub.

Bərdədə qəza
Bərdədə qəza

Hadisə nəticəsində "Mersedes"in təhlükəsizlik yastığı açılsa da 20 yaşlı sürücü Pərviz Qurbanov, sərnişin 22 yaşlı Cehyun Bağırov xəsarət alıb. Mikroavtobusun sürücüsü də yaralanıb. Yaralılar Bərdə MRX-na çatdırılıb.

Xəstəxanadan əldə etdiyimiz məlumata görə “Mersedes"in sürücüsünün bud sümyü qırılıb. Hazırda yaralıların müalicəsi davam etdirilir.  

Hazırda Bərdə rayon polis şöbəsinin əməkdaşları baş vermiş faktla bağlı araşdırma aparır. Qəzanın dəqiq baş vermə səbəbi də araşdırmalardan sonra məlum olacaq.

Yaralılar Bərdə xəstəxanasında
Yaralılar Bərdə xəstəxanasında

 

Şərhlər