Bakıda bina yandı

21.03.2016 20:56     Sosreaksiya     1225

Fövqəladə Hallar Nazirliyi Bakıda, Nobel prospektində, AMAY Ticarət Mərkəzinin yaxınlığında 6 mərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb.

 

Axar.az xəbər verir ki, FHN-in məlumatında Bakı şəhəri, Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 2520 kv.m. olan 6 mərtəbəli binanın damının yanar konstruksiyalarının 260 kv.m, 6-cı mərtəbənin tavanının 160 kv.m, 5-ci mərtəbənin tavanının 4 kv.m və 4-cü mərtəbənin tavanının 4 kv.m sahədə yandığı vurğulanıb.

 

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Musavat.com-a istinadla yanğının görüntüsünü təqdim edirik:

 

Şərhlər