“Şərurlu İsfəndiyar” həbs edildi - SON DƏQİQƏ+YENİLƏNİR

22.03.2016 01:29     Sosreaksiya     4639

Kredit qalmaqalına görə daha bir oliqarx həbs olunub

7news.Az xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı virtualaz.org-a verilən məlumata görə, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb.

“Şərur” MTK şirkətinin sahibi olan biznesmen artıq 5 gündür ki, “Bandotdel”in təcridxanasında saxlanılır.

İlkin məlumata görə, həbsdəki digər biznesmenlər kimi naxçıvanlı iş adamı da banklardan külli miqdarda kredit götürərək mənimsəməkdə ittiham olunur. İ.Axundovun banklara 100 milyon dollara qədər borcunun olduğu deyilir.

Şərhlər