Bina yandı - 20 nəfər təxliyə olundu

22.03.2016 11:47     Sosreaksiya     1120

Səbail rayonunda ikimərtəbəli binada yanğın baş verib.
Bakı şəhəri, Səbail rayonunda ikimərtəbəli binanın 2-ci mərtəbəsində ümümi sahəsi 35 kv.m olan 2 otaqlı mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub.

Digər mənzillər yanğından mühafizə olunub. 

Yanğın saat 4:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb. 

 

(AzNews.az)

Şərhlər

Çox oxunanlar