Brüsseldəki terror aktı ilə bağlı AZAL təhlükəsizlik tədbirlərini gücləndirdi

22.03.2016 13:53     Sosreaksiya     954

“Azərbaycan hava yolları” QSC (AZAL) Heydər Əliyev adına beynəlxalq hava limanında və regional aeroportlarda təhlükəsizlik tədbirlərini gücləndirib.

AZAL mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin ANS PRESS-ə verdiyi məlumata görə, fonunda  bu tədbirlər bu gün Brüsselin beynəlxalq hava limanında  baş verən terror aktı fonunda “Azərbaycan hava yolları” rəhbərliyinin tapşırığına əsasən həyata keçirilir.

Aviasiya təhlükəsizliyi rejiminin gücləndirilməsi ilə bağlı ölkədəki bütün hava limanlarının təhlükəsizlik xidmətlətlərinə müvafiq tapşırıqlar verilib

Kəsəmənski həmçinin bildirib ki, Azərbaycanın mülki aviasiya obyektləri mütəmadi yoxlamadan keçir və plan üzrə nəzarət tədbirlərinin gücləndirilməsi həyata keçirilir.

Şərhlər