Generala ağır itki

23.07.2015 12:08     Sosreaksiya     6041

 

Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevə ağır itki baş verib.

Reaksiya.az-a daxil olan məlumata görə,  İsmət Əliyevin atası, professor Rəşid Əliyev dünyasını dəyişib.

Qeyd edək ki, Rəşid Əliyev uzun illər Texniki Universitetdə İdman kafedrasının müdiri vəzifəsində çalışıb.

Mərhumun hüzr mərasimi bu gün Lider Televiziyasının yanında xeyir-şər evində keçiriləcək. 

Allah rəhmət etsin!

 

Şərhlər

Çox oxunanlar