Bakı sakini saxta dollar dəyişərkən tutulub

28.11.2016 16:04     Sosreaksiya     1218

Bakı şəhər sakini saxta əskinaslar dəyişərkən saxlanılıb.
 
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, noyabrın 26-da Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhruz Əliyev Nəsimi rayonu ərazisindəki banklardan birində 1 ədəd 100, 1 ədəd 20 və 1 ədəd 5 dollarlıq saxta əskinası dəyişərkən Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 22-ci PB-yə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
 

Şərhlər