Tovuzda evdə partlayış olub, xəsarət alan var

30.11.2016 17:08     Sosreaksiya     1685

Tovuz rayonunda evdə partlayış baş verib.

 

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Kənd sakini, 1987-ci il təvəllüdlü Natəvan Bağırova evdə qaz sobasını yandıran zaman partlayış baş verib. Yanıq xəsarətləri alan N.Bağırova Tobuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Şərhlər