QHT rəhbərinə ağır itki üz verdi

17.12.2016 19:36     Sosreaksiya     1433

Reaksiya.az xəbər verir ki, "Dünya Azərbaycanlıları Vətənpərvərləri" İctimai Birliyinin sədri Nəsimi Qarabağlının anası uzun sürən xəstəlikdən sonra 67 yaşında vəfat edib. "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" İB-nin sədri Zaur Qəriboğlu, "Azərbaycan Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri" İB-nin sədri Mehdi Mehdiyev,  "Təxris Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə" İB-nin sədri Emin Həsənli, "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İB-nin sədri Radə Abbas, "Əsgər Ailələrinə Dəstək" İB-nin sədri Mətanət Əsgərqızı, "Azərbaycan - İraq Mədəni Əlaqələr" İB-nin sədri Tahirə Məmmədova Nəsimi Qarabağlıya anasının vəfatından kədərləndiklərinin bildirir, dərin hüznlə başsağlığı verirlər.

Qeyd edək ki, mərhumənin 3 mərasimi 19 dekabr 2016 - cı il tarixdə saat 10:00-dan başlayaraq Əliyar Əliyev küçəsi 26 ünvanında (Nəriman Nərimanov metrostansiyasının yaxınlığında, AZİNKO-nun binaları) keçiriləcəkdir. 

Şərhlər