Cəlilabadda ev yanıb

09.01.2017 08:22     Sosreaksiya     1385

Cəlilabadda yanğın hadisəsi qeydə alınıb.

 

Reaksiya.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad rayonunda vətəndaşa məxsus ümumi sahəsi 128 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət yaşayış evinin yanar konstruksiyaları və dam örtüyü yanıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar