Bakı metrosunda tükürpədici olay

15.03.2017 13:25     Sosreaksiya     1444

56 yaşlı qadın qatar stansiyaya daxil olan vaxt özünü relslərin üstünə atıb

Bu gün Bakı metrosunda intihara cəhd hadisəsi baş verib. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, hadisə bu gün səhər saat 10:40 radələrində "Ulduz" stansiyasında baş verib.

"1961-ci il təvəllüdlü Kərimova Hüsniyyə Tufan qızı qatar stansiyaya gələrkən özünü relslərin üstünə atıb. Maşinist dərhal qatarı saxlayıb. Daha sonra əməkdaşlarımız həmin xanımı qatarın altından çıxarıblar" — Paşayev bildirib. Metropoliten sözçüsü əlavə edib ki, qadın heç bir xəsarət almayıb: "Hər şey qaydasındadır. Hazırda xanımın hansı səbəblərdən intihara cəhd etməsi faktı araşdırılır".

Reaksiya.az

Şərhlər