Daha bir jurnalistin heyatına son qoyuldu

19.04.2017 20:40     Sosreaksiya     1497

Rusiyada ötən ay naməlum şəxslərin hücumuna məruz qalmış jurnalist ölüb.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, “Novıy Peterburq” qəzetinin müxbiri Nikolay Andruşenko xəstəxanada vəfat edib.

 

Martın 9-da başından zədə alan N. Anduşenko bu vaxtadək komada olub. O, səhər saatlarında ölüb.

 

N. Andruşenko ötən əsrin 90-cı illərində Sankt-Peterburqun şəhər Şurasının deputatı olub. “Novıy Peterburq” qəzetinin həmtəsisçisi olan N. Anduşenko 2008-ci ildə ekstremizmə çağırış və hökumət nümayəndələrini təhqir etməkdə ittiham olunub. Lakin sonra cinayət işi bağlanıb.

 

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar