Ucarda qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB - FOTOLAR

19.04.2017 21:17     Sosreaksiya     1786

Ucar -Zərdab yolunda ölən və xəsarət alanların adları məlum olub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, Zərdab rayon sakini, 1984-ci il təvəllüdlü Adışirin Soltan oğlu Sadıqov hadisə yerində ölüb.

 

Ucar rayonunun Qazyan kənd sakini, 1957-ci il təvəllüdlü Nizami Faxrəd oğlu Manafov və Zərdab rayon sakini, 1966-cı il təvəllüdlü  Cavanşir İbiş oğlu  Mürşüdov isə xəsarət alıb.

 

Qeyd edək ki, yol qəzası nəticəsində ölən A. Sadıqov Zərdab  Suvarma Sistemləri İdarəsinin keçmiş rəisinin oğludur.

 

***

 

18:17

 

Ucar-Zərdab yolunda iki avtomobil toqquşub.

 

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Ucar rayonunun Qazyan kəndində baş verib.  

90 XM 720 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə 03 BB 478 dövlət nömrə nişanlı, “VAZ 21011” markalı avtomobil toqquşub.

Nəticədə “VAZ 21011”də olanlardan biri ölüb, iki nəfər xəsarət alıb.

Xəsarət alanlar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

Şərhlər