Bakıda avtomobil dirəyə çırpılıb, iki nəfər xəsarət alıb

16.05.2017 07:55     Sosreaksiya     1315

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Apa-nın məlumatına görə, hadisə Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində qeydə alınıb.

BMW markalı avtomobil dirəyə çırpılıb. Zərbə o qədər güclü olub ki, avtomobil bir neçə hissəyə parçalanıb. İlkin məlumata görə, qəza nəticəsində iki nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Reaksiya.az

Şərhlər