Tovuzda ağır qəza: ölən var

21.06.2017 13:29     Sosreaksiya     1532

Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

 Reaksiya.az report-a istinadən xəbər verir ki,hadisə iyunun 20-də rayonun Əyyublu kəndi ərazisində qeydə alınıb.

Belə ki, İsmayıllı rayon sakini Ramin Həsənov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Ağdaş rayon sakini Ceyran Rəsulovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Reaksiya.az

Şərhlər