Bakıda gənc oğlan evdə özünü asaraq intihar edib

11.07.2017 09:25     Sosreaksiya     1412

Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.

"Report"un xəbərinə görə, 1996-ci il təvəllüdlü İbrahimov Ramiz Güloğlan oğlu Xiyabani küçəsində yerləşən evdə özünü iplə asaraq intihar edib.

Faktla bağlı hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis bölməsinin əməkdaşları cəlb edilib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb.

Reaksiya.az

Şərhlər