Oğuz sakini həmyerlisini güllələyib

25.07.2017 13:43     Sosreaksiya     1406

Oğuz rayonunun Yaqublu kəndində kənd sakinindən 1 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, iyulun 24-də Oğuz rayonunun Yaqublu kəndində kənd sakini Ramil Namazov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmyerlisi Laçın İsayevin döş nahiyəsinə xəsarət yetirərək hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilən L.İsayevin vəziyyəti ağırdır.

Oğuz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı 1 ədəd ov tüfəngi aşkar edilərək götürülüb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.Namazov tutulub.

Reaksiya.az

 

Şərhlər