Biləsuvarda azyaşlı baş nahiyəsindən xəsarət alıb

29.07.2017 12:52     Sosreaksiya     1706

Biləsuvarda azyaşlı baş nahiyəsindən xəsarət alıb və hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, iyulun 28-də Biləsuvar rayonunun Günəşli kəndində 7 yaşlı Bəxtiyar Gözəlov evlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəş dayısı qızı 8 yaşlı Səbinə Qasımlının baş nahiyəsinə dəyib və nəticədə uşaq hadisə yerində ölüb.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Reaksiya.az

Şərhlər