Bakıda şirkətdən külli miqdarda pul oğurlanıb.

13.08.2017 17:40     Sosreaksiya     1657

Bakıda şirkətin ofisindən içərisində 10 min manat olan seyf oğurlanıb

Reaksiya.az "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində baş verib.

Belə ki, "M Trans" şirkətinin Binəqədi rayonu ərazisində yerləşən ofisindən içərisində 10000 manat və 2000 dollar olan seyf oğurlanıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Reaksiya.az

Şərhlər