Ağsuda və Qaxda yanğın: 28,5 6 ton ot kül oldu

29.08.2017 11:17     Sosreaksiya     1557

Ağsuda və Qaxda yanğın hadisələri qeydə alınıb.

 Fövqəladə Hallar Nazirliyinindən (FHN) verilən məlumata görə Ağsu rayonu, Yenilik kəndində ümumi sahəsi 126 m2 olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 30 ton ot bağlamasının 22,5 tonu yanıb.

Yanğın zamanı tövlənin içərisində olan 2 baş iribuynuzlu (dana), 2 baş xırdabuynuzlu (qoyun, keçi) yanaraq tələf olub. Otun qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Qax rayonu, Ləkit Kötüklü kəndində isə 13 ton ot tayasının 6 tonu yanıb. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunub.

Reaksiya.az 

Şərhlər