Bakıda gəlin maşını adam öldürdü - Bakıda gəlin və bəyi aparan avtomobil yolu keçən piyadanı vuraraq öldürüb.

03.09.2017 09:43     Sosreaksiya     1672

Hadisə Nizami rayonu ərazisində baş verib. Belə ki, 10-UA-071 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobil yolu keçən 1989-cu il təvəllüdlü Şahəddin Əhədovu vurub. Nəticədə Ş.Əhədov aldığı ağır xəsarətdən hadisə yerində ölüb.

Hadisəni törətmiş sürücü Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar