İsmayıllıda 30 hektar biçilmiş taxıl sahəsi yanıb

19.09.2017 08:50     Sosreaksiya     1266

İsmayıllıdan yanğın hadisəsi qeydə alınıb.

Reaksiya.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İsmayıllı rayonu, Sulud kəndində 30 hektar biçilmiş taxıl sahəsi və 20 hektar kol-kos yanıb.

Yaxınlıqdakı meşə zolağı və evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Reaksiya.az


 
 

 

Şərhlər