Bakıda avtobus yük maşını ilə toqquşdu, yaralılar var

09.10.2017 12:04     Sosreaksiya     1268

Hadisə bu gün təxminən saat 09:00 radələrində Həzi Aslanov metrostansiyasının yaxınlığında baş verib.

57 saylı marşrut avtobusu yük maşınını ötməyə çalışan zaman həmin avtomobillə toqquşub. Nəticədə, sərnişinlərdən 2 nəfər xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım cəlb edilib.

Reaksiya.az

Şərhlər