Müşviq Mədətovun həyatına yeni sui-qəsd təhlükəsi?

15.10.2017 12:52     Sosreaksiya     1656

Dünənki sui-qəsddən sonra Səbail Rayon Polis İdarəsi Azərbaycan prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu gücləndirilmiş mühafizə altına götürüb. M.Mədətov ötən gecəni polis bölməsində keçirib. Hazırda isə o, polis idarəsinin binasındadır.

Hüquq-mühafizə orqanlarındakı mənbələr virtualaz.org-a bildiriblər ki, polis M.Mədətovun həyatına yeni sui-qəsddən ehtiyat edir.

Qeyd edək ki, dünən axşam vaxtı metronun “İçərişəhər” stansiyası yaxınlığında naməlum cinayətkarın Azərbaycan prezidenti Heydər Əliyevin keçmiş mühafizəçisi Müşfiq Mədətovu bıçaqlaması barədə xəbər vermişdik. Hadisənin Müşfiq Mədətov çayxanadan çıxarkən baş verdiyi bildirilirdi.

Polis əməkdaşları cinayətkarların tutulmasına cəhd göstəriblər. Amma cinayətkarlar asayiş keşikçilərinə atəş açıblar. Nəticədə Sabail Rayon Polis İdarəsi rəisinin əməliyyat işləri üzrə müavini Orxan Axundzadə yaralanıb.

Reaksiya.az

Şərhlər