Gözləmə nişanına əməl etməyən "Prado" qəza törətdi: 1 ölü, 1 yaralı

17.10.2017 14:44     Sosreaksiya     1214

Bakının Sabunçu rayonunda da ölümlə nəticələnən yol qəzası baş verib.

ARB TV xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsində "Moskviç" və "Toyota Prado" markalı minik avtomobillərinin toqquşması nəticəsində qeydə alınıb.

Dairəyə daxil olan "Moskviç" hərəkətini davam etdirərkən "Toyota" yüksək sürətlə gələrək gözləmə nişanının tələbini pozub və "Moskviç"in orta hissəsinə çırpılıb.

Nəticədə 54 yaşlı Tofiq Hüseynov ölüb, onun sərnişini, 47 yaşlı Mürsəl Babayev isə ağır yaralanıb.

 

Şərhlər